"Barselona"ya qarşı korrupsiya ittihamı irəli sürüləcək

Hazırda oxunan: "Barselona"ya qarşı korrupsiya ittihamı irəli sürüləcək

124303

İspaniya Ədliyyə Nazirliyi hakimlərə rüşvət verilməsi ilə bağlı "Barselona"ya qarşı rəsmi şikayət verməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə "EL Pais" məlumat yayıb.

Daha əvvəl "Barselona"nın İspaniyanın Hakimlər Komitəsinin keçmiş rəhbəri Enrikes Neqreiraya 2001-2017-ci illərdə Dasnil 95 şirkəti vasitəsilə 1.4 milyon avro pul köçürdüyü bildirilmişdi.
"Barselona"nın prezidenti Joan Laporta kluba qarşı bütün ittihamları rədd edərək, bu ödənişlərin hakim hesabatları sifariş etmək üçün olduğunu qeyd edib.

Prokurorluq isə hesabatları təqsirsizliyin sübutu hesab etməyib və keçmiş klub prezident Xosep Mariya Bartomeu, eləcə də "Barselona"ya qarşı korrupsiya ittihamı irəli sürəcək.

La Liqa pozuntuya görə "Barselona"nın aşağı liqaya düşmə və ya xallarının silinməsi ehtimalını istisna etsə də, bunun kluba hansı cəzanı gətirə biləcəyi hələ bəlli deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO