"Sabah" liderə şərik oldu - FOTO 

Hazırda oxunan: "Sabah" liderə şərik oldu - FOTO 

123840

Basketbol Liqasında 20-ci turun iki oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk oyunu "AAAF Xırdalan" və "Olimpik Şəki" basketbolçuları arasında baş tutub.

Oyunun ilk hissəsində başa-baş mübarizə getsə də, ikinci hissədə xırdalanlılar üstünlüyü ələ alaraq 100-77 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Deymon Makdouel - 35 xal, 6 ribaund ), "Olimpik Şəki BK" ( Larri Robinson - 31 xal, 5 asist)

Günün ikinci oyununda iki paytaxt komandası "Sabah BK" və "Sərhədçi PİK" üz-üzə gəlib. Əlavə vaxta gedən gərgin oyunun sonunda "Sabah" basketbolçuları 100-92 hesablı qələbəyə sevinblər.
Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 23 xal, 9 ribaund ), "Sərhədçi PİK" (Brendon Miller - 24 xal, 6 asist ).

Qeyd edək ki, turun son oyunu 5 mart Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" - "Neftçi İK" arasında baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO