“Azərreyl” çətin, “Abşeron” asan qələbə qazandı - FOTO

“Azərreyl” çətin, “Abşeron” asan qələbə qazandı - FOTO

Hazırda oxunan: “Azərreyl” çətin, “Abşeron” asan qələbə qazandı - FOTO

123487

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IV dövrəyə start verilib.

Bizim.Media xəbər verir ki, 10-cu turun ilk matçı “Azərreyl” və “Murov” komandaları arasında baş tutub.

Tay-brekə kimi davam edən matçın ilk hissəsində 25:18 hesabı ilə “Azərreyl” qalib gəlib. İkinci setdə toparlanan “Murov” 25:23 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 1:1.

III set isə “Azərreyl”in xeyrinə sona çatıb - 25:18. Matçın dördüncü hissəsini “Murov” 25:22 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə “Azərreyl” daha səhvsiz oynayaraq qalib gəlib (15:10) və görüşün hesabını rəsmiləşdirib - 3:2.
Voleybol Mərkəzində təşkil olunan X turun son qarşılaşması “Abşeron” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlində üçüncü olan Famil Ağayevin komandası bu matçda 25:21, 25:23, 25:10 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdırıb və ikinci pilləyə yüksəlib.

X turdan sonra “Azərreyl” 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 18, “Murov”un 17 xalı var.

Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

X tur “Azərreyl” - “Murov” 3:2 (25:18, 23:25, 25:18, 22:25, 15:10)

“Abşeron” - UNEC 3:0 (25:21, 25:23, 25:10)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO