"NTD" basketbolçularından vacib qələbə - FOTO 

Hazırda oxunan: "NTD" basketbolçularından vacib qələbə - FOTO 

123276

Basketbol Liqasında 20-ci tura start verilib.  

Bizim.Media xəbər verir ki, turun açılış oyununda "NTD" və "Gəncə" komandaları qarşılaşıb.  

Gərgin oyunun sonunda, 91-85 hesablı qələbə qazanan "NTD" basketbolçuları yenidən çempionatın vahid lideri olublar.  

Ən məhsuldar basketbolçular: "NTD BK" ( Ceremi Heys - 28 xal, 11 ribaund ), "Gəncə BK" ( Kollin Törner - 23 xal, 7 ribaund ). 

Qeyd edək ki, 20-ci turun digər oyunları ("AAAF Xırdalan BK" - "Olimpik Şəki BK", "Sabah BK - "Sərhədçi PİK", "Zirvə Astara BK" - "Neftçi İK") 4 və 5 mart tarixlərində keçiriləcək. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO