Fevralın 18-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, 16 qarşılaşmadan 9-u artıq başa çatıb.
Açılış matçı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" ilə Belçikanın "Brügge" klubu arasında keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İngiltərənin "Mançester Yunayted" klubu pandemiya səbəbindən İtaliyada keçirilən səfər matçda İspaniyanın "Real Sosyedad" komandasını 4 cavabsız qolla məğlub edib.
"Tottenhem" isə Macarıstanın paytaxtı Budapeştdə Avstriyanın "Volfsberq" klubunun qapısından eyni sayda top keçirib.
İtaliya təmsilçilərindən "Roma" Portuqaliyada "Braqa"nı 2:1 hesabı ilə məğlub edib.
"Milan" isə Serbiyada "Srvena Zvezda" ilə görüşdə qələbəni son dəqiqələrdə əldən verib - 2:2.
Günün maraqlı oyunlarında biri də İsveçrədə baş tutub.
Almaniyanın "Bayer" klubunu qəbul edən "Yanq Boyz" görüşdə 4:3 hesablı qələbə qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:03 / 19.02.2021
UEFA Avropa Liqasında 9 oyun keçirildi - NƏTİCƏLƏR
Hazırda oxunan: UEFA Avropa Liqasında 9 oyun keçirildi - NƏTİCƏLƏR
Hazırda oxunan: UEFA Avropa Liqasında 9 oyun keçirildi - NƏTİCƏLƏR
12322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.