Poqbadan şad xəbər

Poqbadan şad xəbər

Hazırda oxunan: Poqbadan şad xəbər

122898

"Yuventus"un futbolçusu Pol Poqba zədəsini sağaldıb. 

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Massimiliano Alleqri məlumat verib.  

O, fransalı yarımmüdafiəçinin A seriyasının 24-cü turunda "Torino" ilə görüşdə oynaya biləcəyini söyləyib:

"Poqba özünü daha yaxşı hiss edir. O, oyun üçün iştirak ərizəsində yer alıb. Ona "Torino" ilə qarşılaşmada bir neçə dəqiqə vaxt vermək imkanımız olub-olmayacağını görəcəyik". 

Qeyd edək ki, sözügedən görüş sabah keçiriləcək. 

Xatırladaq ki, Poqba ötən ilin sentyabrında əməliyyat olunub və bu mövsüm oynamayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO