Ramil Şeydayev “Neftçi”yə keçə bilər

Ramil Şeydayev “Neftçi”yə keçə bilər

Hazırda oxunan: Ramil Şeydayev “Neftçi”yə keçə bilər

122782

Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayevin “Qarabağ”ın yeni müqavilə təklifinə cavab vermədiyi barədə xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki,  futbolçu mövsümün sonunda indiki klubundan ayrıla bilər.

Rusiyanın iki elita klubunun maraqlandığı Şeydayevin Azərbaycanı tərk etmədən iş yerini dəyişmək ehtimalı da böyükdür. 

Son məlumatlara görə Şeydayevlə “Neftçi” də ciddi şəkildə maraqlanır. Növbəti mövsüm üçün daha güclü heyət yığmaya çalışan “ağ qaralar” millinin üzvünə daha çox maaş təklif edib. Qeyd edək ki, Ramil Şeydayevin “Qarabağ”la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO