Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəldi - FOTO

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəldi - FOTO

Hazırda oxunan: Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəldi - FOTO

122628

Azərbaycan boksçusu Aynur Rzayeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində finala yüksəlib.

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, +81 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın yarımfinalında hindistanlı Monikaya qalib gəlib.

Avropa çempionatının mükafatçısı rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Rzayeva finalda Aqata Kajmarska (Polşa) ilə döyüşəcək.
Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medalla kifayətlənib. Özbəkistanlı Bahodir Jalolovla mübarizədə rəqib mərhələ adlayıb.

Qeyd edək ki, “Strandja” turnirinə 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO