Daha iki karateçimiz beynəlxalq turnirdə medal qazandı

Daha iki karateçimiz beynəlxalq turnirdə medal qazandı

Hazırda oxunan: Daha iki karateçimiz beynəlxalq turnirdə medal qazandı

122500

Amin Yadigarlı (-55 kq) və Rumil Cəfərli (-76 kq) 16-17 yaşlı gənclər arasında Karate1Youth League turnirinin mükafatçıları olublar. 

Bizim.Media xəbər verir ki, A.Yadigarlı qızıl medal, R.Cəfərli gümüş mükafat qazanıb. 

Xatırladaq ki, bir gün əvvəl Nicat Kərimli (-75 kq) Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində mötəbər turnirin gümüş medalına sahib olub. Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda  67 ölkədən 1169 idmançının iştirak edir.

Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edir.

Rəşad Rafiqoğlu, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO