“Qarabağ”ın futbolçusu: “Daha güclü qayıdacağıq”

“Qarabağ”ın futbolçusu: “Daha güclü qayıdacağıq”

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu: “Daha güclü qayıdacağıq”

122471

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna məğlub olaraq avrokuboklarla vidalaşmaları ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi instaqram səhifəsində Ağdam təmsilçisinin kollektiv şəklini paylaşaraq, getdikcə daha güclü olacaqlarını yazıb.

26 yaşlı oyunçu növbəti mövsüm avrokuboklarda daha uğurlu çıxış edəcəklərini vurğulayıb: “Bu son deyil. Biz daha güclü qayıdacağıq”.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında keçirilən hər iki oyunda meydan sahibi 1:0 hesablı qələbə qazandığından, penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan belçikalılar (5:3) mübarizəni davam etdiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO