Cüdoçularımız Yaponiyada toplanışdadır - FOTO 

Cüdoçularımız Yaponiyada toplanışdadır - FOTO 

Hazırda oxunan: Cüdoçularımız Yaponiyada toplanışdadır - FOTO 

122433

Azərbaycanın cüdo üzrə milli yığma komandası 20 fevraldan etibarən Yaponiyada Kokuşikan Universitetində təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.  

Bizim.Media xəbər verir ki, təlim-məşq toplanışına böyüklərdən ibarət milli yığma komandanın 17 üzvü qatılıb.  

Hazırlıq prosesi martın 4-nə qədər davam edəcək. Kişilərdən ibarət milli yığmanın komandasının baş məşqçisi Riçard Trautmanın sözlərinə görə, sözügedən təlim-məşq toplanışı may ayında Qatarda baş tutacaq Dünya çempionatına uzunmüddətli hazırlığın bir hissəsidir.  

O qeyd edib ki, hazırlıq prosesi milli yığmanın idmançılarının bilik və bacarıqlarını artırmaq üçün əla fürsət yaradır:

“Təlim-məşq zamanı idmançılar dözümlülüklərini artırırlar. Əsasən klassik üslubda güləşən idmançılara qarşı hücum və müdafiəni təkmilləşdirirlər”.  

Qeyd edək ki, təlim-məşqdə Azərbaycan idmançıları ilə yanaşı İsrail, Gürcüstan, Almaniya və Yaponiya milli yığmalarının idmançıları da iştirak edir.  

Toplanışda Kəramət Hüseynov, Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (-60 kq.), Orxan Səfərov, Yaşar Nəcəfov (-66 kq.), Hidayət Heydərov, Nurlan Osmanov (-73 kq.), Səid Mollayi, Rüstəm Orucov, Zelim Tçkayev, Elcan Hacıyev (-81 kq.), Məmmədəli Mehdiyev, Murad Fətiyev (-90 kq.), Zelim Kotsoyev (-100 kq.), Uşanqi Kokauri və Camal Qamzatxanov (+100 kq.) iştirak edirlər.  

Cüdoçularımıza performans direktor Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO