Qarabağ” “Trabzonspor”un futbolçusunu transfer edir

Qarabağ” “Trabzonspor”un futbolçusunu transfer edir

Hazırda oxunan: Qarabağ” “Trabzonspor”un futbolçusunu transfer edir

121984

"Qarabağ" hücum xəttini yeni futbolçu ilə gücləndirə bilər.  

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi  "Trabzonspor"un futbolçusu Fode Koyta ilə danışıq aparır.  

Bir neçə Super Liqa təmsilçisindən təklif alan qvineyalı forvard onları rədd edib. 32 yaşlı hücumçu "Qarabağ"la razılıq əldə etməyə yaxındır.  

Azərbaycan klubu üçün futbolçunun meneceri "Trabzonspor" rəhbərliyi ilə görüş keçirib. Qara Dəniz təmsilçisi ilə razılıq əldə olunsa, Qvineya millisinin üzvü "Qarabağ"a keçəcək.
Qeyd edək ki, "Trabzonspor" Fode Koytanı mövsümün əvvəlində "Kasımpaşa"ya icarəyə verib. Təcrübəli oyunçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 6 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayına kimidir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO