"Gent" - "Qarabağ" oyununa 10 mindən az bilet SATILDI

Hazırda oxunan: "Gent" - "Qarabağ" oyununa 10 mindən az bilet SATILDI

121845

Belçikada "Gent" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub. 

Bizim.Media "Nieuwsblad" nəşrinə istinadən xəbər verir ki, hələlik "Gelamko Arena"dakı qarşılaşma üçün 9 000 bilet alınıb. 

11 000-ə yaxın biletin isə satışda olduğu bildirilib. Stadion 20 000 azarkeş tutumuna malikdir. 

Nəşr, marağın az olmasını matçın həftəiçi gerçəkləşməsi və yerli vaxtla saat 21:00-da başlaması ilə əlaqələndirib. 

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO