Şahmat üzrə Azərbaycan çempionuna nə qədər mükafat verildi? - FOTO

Şahmat üzrə Azərbaycan çempionuna nə qədər mükafat verildi? - FOTO

Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionuna nə qədər mükafat verildi? - FOTO

121704

Kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatında ilk üç yeri tutan şahmatçıların mükafatandırılma mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə çempionatın qalib və mükafatçılarına medal və diplomlar təqdim olunub.

Ölkə çempionatında beynəlxalq usta normasını yerinə yetirən Nərmin Abdinovaya müvafiq sertifikat verilib.
Xatırladaq ki, ümumi mükafat fondu 25 min manat təşkil edən kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Vasif Durarbəyli olub. Vüqar Əsədli ikinci, Eltac Səfərli üçüncü yeri tutub.

Mükafat fondu 15 min manat olan qadın şahmatçıların Azərbaycan çempionatında isə Gövhər Beydullayeva qızıl medal qazanıb.

Xanım Balacayeva və Səbinə İbrahimova müvafiq olaraq ikinci-üçüncü yerlərdə qərarlaşıblar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO