"Borussiya" Ronaldonu niyə transfer etməyib?

Hazırda oxunan: "Borussiya" Ronaldonu niyə transfer etməyib?

121616

Dortmund "Borussiya"sının baş direktoru Karsten Kramer klubun Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonu niyə almadıqları ilə bağlı sualı cavablandırıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o deyib ki, sosial şəbəkədə izləyici sayına görə transfer etmirlər:  

“Borussiya"nın əhəmiyyəti sosial şəbəkələrdəki izləyicilərin sayından asılı deyil. Əvvəla, biz futbol klubuyuq. Ən yaxşı marketinq ideyalarımız ola bilər. Amma evdə “Frayburq”a 0:3 hesabı ilə uduzsaq, onlar işləməyəcək. Ən yaxşı brend təqdimatında belə əsas olan nailiyyətdir". 

Qeyd edək ki, Ronaldo ötən ilin dekabrında "Əl-Nəsr"lə 2.5 illik müqavilə imzalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO