Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Bizim.Media xəbər verir ki, fevralın 22-də kişi voleybolçular arasında Yüksək Liqada III dövrənin növbəti oyunları keçiriləcək.
Həmin gün baş tutacaq IX tura saat 16:00-da “Murov” - “Xarı bülbül” görüşü ilə start veriləcək. Ardınca saat 18:00-da “Neftçi” və MOİK qarşılaşması keçiriləcək. Fevralın 23-də isə qadın voleybolçular arasında Yüksək Liqada III dövrənin son oyunları baş tutacaq.
Voleybol Mərkəzində təşkil olunacaq IX turun ilk matçı saat 16:00-da “Murov” və “Abşeron” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Azərreyl” - UNEC dueli start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:43 / 20.02.2023
Yüksək Liqada növbəti oyunlar bu tarixdə keçiriləcək
Hazırda oxunan: Yüksək Liqada növbəti oyunlar bu tarixdə keçiriləcək
Hazırda oxunan: Yüksək Liqada növbəti oyunlar bu tarixdə keçiriləcək
121506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.