Azərbaycan idmançısı dünya kuboku yarışlarında bürünc medal qazandı

Azərbaycan idmançısı dünya kuboku yarışlarında bürünc medal qazandı

Hazırda oxunan: Azərbaycan idmançısı dünya kuboku yarışlarında bürünc medal qazandı

121350

Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, gimnastımızın çıxışına hakimlər 52,910 xal veriblər.

Yarışın qalibi 54,860 xalla Braziliya idmançısı Kamilla Qomes olub. Fransa idmançısı Lea Labruss 53,970 xalla yarışı ikinci pillədə başa vurub.
Təmsilçimiz S.Mahsudova ötən il Bakıda keçirilən dünya kuboku yarışlarında gümüş medal əldə etmişdi.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda altıncı dəfədir təşkil olunur. Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO