"Barselona" onun keçidini rəsmiləşdirdi

Hazırda oxunan: "Barselona" onun keçidini rəsmiləşdirdi

121298

"Barselona" qış transfer pəncərəsində "Los Anceles"dən heyətinə qatdığı Xulian Arauxonun keçidini rəsmiləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.22 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayınadək müqavilə imzalayıb.

Meksikalı oyunçu qış transfer pəncərəsinin son günündə "Barselona" ilə müqavilə imzalamalı idi. Lakin klubun onu qeydiyyatdan keçirmək üçün 18 saniyə  gecikib.

Buna görə də Arauxonun müqaviləsi pozulub. La Liqa təmsilçisi yalnız İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verdikdən sonra gənc futbolçunun keçidini tamamlanıb. 

Xulian Arauxo bu mövsümün sonunadək "Barselona"nın əvəzedici komandasında oynayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO