Cüdoçularımız Böyük Dəbilqə turnirini 4 medalla başa vurdu

Cüdoçularımız Böyük Dəbilqə turnirini 4 medalla başa vurdu

Hazırda oxunan: Cüdoçularımız Böyük Dəbilqə turnirini 4 medalla başa vurdu

121292

16-18 fevral tarixlərində İsrailin ev sahibliyi etdiyi Böyük Dəbilqə turnirində Azərbaycan milli yığma komandası 7 çəki dərəsində 10 cüdoçu ilə təmsil olunub.

Bizim.Media xəbər verir ki, cüdoçularımız turnirdə 1 qızıl, 2 gümüş, 1 bürünc medal əldə edib.

Yarışın ilk günündə -66 kq. çəkidə mübarizə aparan cüdoçu Orxan Səfərov gümüş medal əldə edib.

Turnirin sonuncu günündə -90 kq. çəkidə Məmmədəli Mehdiyev bürünc medal, -100 kq. çəkidə Zelim Kotsoyev qızıl medal, +100 kq. çəkidə Uşanqi Kokauri isə gümüş medal əldə edib.

Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci yeri, kişilər arasında isə 2-ci yeri tutub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO