Cüdoçumuz qızıl medal qazandı  

Cüdoçumuz qızıl medal qazandı  

Hazırda oxunan: Cüdoçumuz qızıl medal qazandı  

121267

Azərbaycan cüdoçusu Tel Əvivdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin qızıl medalını qazanıb. 

Bizim.Media xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev final görüşündə Almaniya təmsilçisi Maykl Korreli ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün həmçinin 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev bürünc medal qazanıb.

Bir qədər sonra finala vəsiqə qazanan digər cüdoçumuz Uşaqgi Kakauri də həlledici döyüşünü keçirəcək. Onun rəqibi Monqolustan təmsilçisidir.

Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO