İki cüdoçumuz finalda

İki cüdoçumuz finalda

Hazırda oxunan: İki cüdoçumuz finalda

121261

İsrailin Tel-Əviv şəhərində təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın iki cüdoçusu yarışda finala yüksəlib.

Bunlar Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauridir (100 + kq). Onlar qızıl medal uğrunda qarşılaşmada müvafiq olaraq niderlandlı Mixael Korrel və monqolustanlı Tsetsensengel Odxugiyn ilə üz-üzə gələcəklər.

Məmmədəli Mehdiyev (90 kq) bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedonla görüşəcək.

Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (100+ kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO