“Qəbələ” 6 oyundan sonra qalib gəldi - VİDEO 

“Qəbələ” 6 oyundan sonra qalib gəldi - VİDEO 

Hazırda oxunan: “Qəbələ” 6 oyundan sonra qalib gəldi - VİDEO 

121256

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qırmızı-qaralar"ın qollarını 44-cü dəqiqədə Ülvi İsgəndərov və 56-cı dəqiqədə Rafael Utziq vurub. 85-ci dəqiqədə əyalət təmsilçisinin yarımmüdafiəçisi İsnik Alimi avtoqol müəllifi olub.

Beləliklə, altı turdan sonra qalib gələn "Qəbələ" xallarını 31-ə çatdıraraq 4-cü pillədəki yerini qoruyub. 18 xalı olan "Sumqayıt" isə 7-ci sırada qərarlaşıb.
15:00. “Qəbələ” – “Sumqayıt” - 2:1

Qollar: Ülvi İsgəndərov, 44 (1:0), Rafael Utziq, 56 (2:0), İsnik Alimi, 85-avtoqol, (2:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

Qəbələ şəhər stadionu

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO