DÇ-də geyindiyi forma və əlcəklərini zəlzələdən zərərçəkənlərə BAĞIŞLADI 

DÇ-də geyindiyi forma və əlcəklərini zəlzələdən zərərçəkənlərə BAĞIŞLADI 

Hazırda oxunan: DÇ-də geyindiyi forma və əlcəklərini zəlzələdən zərərçəkənlərə BAĞIŞLADI 

121229

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç Türkiyədə baş verən zəlzələnin qurbanlarına forma və əlcəklərini bağışlayıb.

Bizim.Media xəbər verir ki, Livakoviç 2022-ci il futbol üzrə Dünya Çempionatında Braziliya ilə 1/4 final matçında geyindiyi forma və əlcəkləri Türkiyənin Zaqrebdəki səfirliyinə təhvil verib.

Bu barədə Türkiyənin Zaqrebdəki səfiri Yavuz Səlim Kıran tviter hesabında yazıb:

“Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç komandasının yarımfinala çıxması üçün Dünya Çempionatında Braziliyaya qalib gəldiyi formanı, penaltilərdən xilas etdiyi əlcəklərini isə zəlzələdən zərərçəkənlərə verib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO