“Qarabağ” Azərbaycanın UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını artırıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi buna Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə Bakıdakı ilk matçda qalib gəlməklə nail olub.
Nəticədə Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatına 0.500 xal əlavə olunub. Bu mövsümdəki ümumi xal qazancımız 4 xala çatıb.
Azərbaycan son beş mövsümün yekunlarına əsasən hesablanan reytinq siyahısında 16.625 xalla 29-cudur. 28-ci yerdəki Polşanın 18.750, 30-cu olan Qazaxıstanın 12.625 xalı var.
Siyahıda lider 103.284 xalı olan İngiltərədir. İspaniya (89.284) ikinci, Almaniya (79.731) üçüncüdür.
Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında cavab oyunu fevralın 23-də Belçikada olacaq.
Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:28 / 17.02.2023
"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı
Hazırda oxunan: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı
Hazırda oxunan: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı
121106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.