“Qarabağ” Azərbaycanın 2022/23 mövsümü üçün UEFA reytinqindəki xal ehtiyatını artırıb.
Bizim Media xəbər verir ki, Ağdam klubu buna Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirdiyi ilk oyunda qələbə qazanmaqla nail olub.
Qurban Qurbanovun yetirmələri Bakıda baş tutan matçdan 1:0 hesablı qələbə ilə ayrılıblar. Bu qələbə sayəsində Ağdam klubu Azərbaycanın UEFA reytinqindəki qazancına 0.500 xal əlavə edib. Cari mövsümdəki qazancımız isə 4.000 xala çatıb.
Hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan Azərbaycan son beş mövsümün yekunlarına əsasən hesablanan reytinq siyahısında 16.625 xalla 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 18.750, 30-cu olan Qazaxıstanın 12.625 xalı var.
Siyahıya 103.284 xala malik İngiltərə başçılıq edir. İspaniya (89.284) ikinci, Almaniya (79.731) üçüncüdür.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:11 / 17.02.2023
UEFA reytinqi: “Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
Hazırda oxunan: UEFA reytinqi: “Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
Hazırda oxunan: UEFA reytinqi: “Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı
121077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.