Qurban Qurbanov: “Razı qalmadığım oyunçu olmadı”

Qurban Qurbanov: “Razı qalmadığım oyunçu olmadı”

Hazırda oxunan: Qurban Qurbanov: “Razı qalmadığım oyunçu olmadı”

120929

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində "Gent"ə qarşı keçirdikləri oyunu şərh edib.  

Bizim.Media xəbər verir ki, mütəxəssis 1:0 hesablı  qələbə qazandıqları görüşlə bağlı bunları deyib: 

"Futbolçularıma təşəkkür edirəm. Çox çətin komandaya qarşı oynadıq. 90 dəqiqə tempi aşağı salmadılar. Futbolçularım əvvəlcədən bunu bilirdilər. Bəzi anlarda rəqib bizi üstələyirdi. Həm nəticə, həm də oyun baxımından bizim üçün vacib oldu. 

Hesabda 1:0 irəlidəyik. Qarşıda bir oyun daha var. Bu gün öndəyiksə, üstünlüyümüz var.

Səfərdə daha cəsarətli oynamalıyıq. Onların tempinə qarşı dözümlü olmalıyıq. Rəqib öz meydanında azarkeşlərinin qarşısında olacaq. Bu, onların üstünlüyüdür".  

Qurbanov yeni transferlər və oğlu Musa Qurbanlının çıxışını da dəyərləndirib:

"Razı qalmadığım oyunçu olmadı. Futbolçu texniki səhv edə bilər. Amma onun meydanda ürəklə oynaması vacibdir. Bu gün meydanda futbolçulardan bunu gördüm. Azarkeşlərimizə də təşəkkür edirəm. Sona qədər dəstək oldular". 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO