Konfrans Liqasında pley-off-a START VERİLİR: “Qarabağ”

Konfrans Liqasında pley-off-a START VERİLİR: “Qarabağ” "Gent"ə qarşı 

Hazırda oxunan: Konfrans Liqasında pley-off-a START VERİLİR: “Qarabağ” "Gent"ə qarşı 

120899

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start veriləcək.  

Bizim.Media xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da bu mərhələdə ilk matçına çıxacaq.  

Bu, 2023-cü ildə Ağdam təmsilçisinin Avropa kuboklarında ilk oyunu olacaq. 

Qurban Qurbanovun komandası Bakıda Belçika "Gent"ini qəbul edəcək.  

Bakı vaxtı ilə saat 21:45-də start götürəcək matça Ağdam təmsilçisi bu vacib matça ciddi itkilərlə çıxacaq. Əsas qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə səbəbindən bu oyunu buraxacaq. Mərkəz müdafiəçisi Kevin Medina isə cəzalı durumda olduğundan komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Belçikada keçiriləcək. 

Xatırladaq ki, "Gent" Belçika çempionatında hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb. 

"Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) 

Hakimlər: Mohammed Al-Hakim,  Fredrik Klyver, Robin Vilde (İsveç) 

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO