Bakıda bu binalar təhlükə MƏNBƏYİDİR

Bakıda bu binalar təhlükə MƏNBƏYİDİR

Hazırda oxunan: Bakıda bu binalar təhlükə MƏNBƏYİDİR

120846

"Paytaxtdakı çoxmənzilli binalarda tez-tez qanunsuz artırmalara rast gəlirik. Belə hallar əsasən sovet dövründə tikilmiş binalarda müşahidə olunur".

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə əmlak eksperti Ramil Qasımzadə bildirib. 

O qeyd edib ki, qanunsuz artırmalar edilən binaların çoxu istismar müddətini başa vurub:

"Əgər həmin artırmalar aşağı mərtəbələrdədirsə, binaların konstruksiyasına zərər vermir. Lakin yuxarı mərtəbələrdəki qanunsuz əlavələr binaya ağırlıq salır, bünövrəsini zədələyir. Lakin bəzi qurumlar belə qeyri-qanuni tikililərə göz yumur", - R.Qasımzadə vurğulayıb.

Ekspert bildirb ki, belə artırmalar ciddi təhlükə mənbəyidir:

"Zəlzələ olan kimi həmin tikililər aşacaq, çünki heç bir memar rəyi nəzərə alınmayıb, konstruktorla işlənilməyib. Binalar tikilərkən müəyyən norma daxilində tikilir.

Sonradan artırmalar isə əlavə yükdür. Təəssüf ki, belə hallara paytaxtın hər yerində rast gəlmək mümkündür. Əsasən də sakinlər mənzillərinin ümumi yaşayış sahəsini artırmaq məqsədi ilə eyvanlarını müxtəlif üsullarla irəli çəkirlər.

Nəticədə həm ümumi görünüşə xələl gəlir, həm də binanın təhlükəsizliyi sual altında qalır. Yaşayış binasına əlavə dəyişiklik edilərsə, bunun üçün müvafiq qurumların rəyi olmalıdır", - deyə ekspert qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO