Mahir Emreli “Konyaspor”da ilk məşqinə çıxdı

Mahir Emreli “Konyaspor”da ilk məşqinə çıxdı

Hazırda oxunan: Mahir Emreli “Konyaspor”da ilk məşqinə çıxdı

120843

Azərbaycanlı hücumçu Mahir Emreli Türkiyənin “Konyaspor” komandası ilə ilk məşqinə çıxıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşq başlamazdan əvvəl Emreli və klubun digər yeni transferi Marlos Moreno kollektivə təqdim edilib.

“Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviç onlarla söhbət edib. Baş məşqçi yeni gələnlərdən gözləntilərini bölüşüb. 

Türkiyə Super Liqasında yaranmış fasilə səbəbindən “Konyaspor” fevralın 22-də “Gənclərbirliyi” ilə yoxlama oyunu keçirməyi planlaşdırır. Mahir bir neçə gün əvvəl Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan icarə əsasında “Konyaspor”a keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO