\

\"Qarabağ\" \"Gent\"lə oyuna hazırdı – Məşqdən SON GÖRÜNTÜLƏR

Hazırda oxunan: \"Qarabağ\" \"Gent\"lə oyuna hazırdı – Məşqdən SON GÖRÜNTÜLƏR

120759

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Bakıda Belçikanın “Gent” klubu ilə qarşılaşacaq. 

Bir azdan komandalar oyun öncəsi son məşqlərinə çıxacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq. "Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq.

Belə ki, ağdamlılar ötən mövsüm turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.

Dünən axşam isə komandaların baş məşqçiləri jurnalistlər üçün açıqlama veriblər. 

Bununla bağlı videomaterialı təqdim edirik:
 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO