Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Bizim.Media xəbər verir ki, matç İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Məhəmməd Al-Hakimə Fredrik Klyver və Robin Vilde laynsmanlar qismində köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək. Polşalı Bartosz Frankovsk VAR hakimi, Pavel Pskit isə onun köməkçisi olacaq. Estoniyalı Uno Tutk hakim-inspektor, irlandiyalı Peadar Ryan UEFA nümayəndəsi kimi təyinat alıb.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:58 / 14.02.2023
"Qarabağ" - "Gent" oyununun hakimləri açıqlanıb
Hazırda oxunan: "Qarabağ" - "Gent" oyununun hakimləri açıqlanıb
Hazırda oxunan: "Qarabağ" - "Gent" oyununun hakimləri açıqlanıb
120321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.