“Azərreyl” qələbə qazanmaqla liderliyini möhkəmləndirdi

“Azərreyl” qələbə qazanmaqla liderliyini möhkəmləndirdi

Hazırda oxunan: “Azərreyl” qələbə qazanmaqla liderliyini möhkəmləndirdi

120270

Bu gün voleybol üzrə qadın komandaların Azərbaycan Yüksək Liqasında 7-ci turun oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, “Dərnəgül” voleybol mərkəzində əvvəlcə “Azərreyl” və “Murov” kollektivləri mübarizəyə başlayıb.  

Görüşün favoriti sayılan “dəmiryolçular” gözlənildiyi kimi oyunda quru hesablı qələbə qazanıb - 3:0 (25:22, 25:20, 25:18).  

Günün digər oyununda çempion “Abşeron” UNEC-lə qarşılaşıb. Bu qarşılaşmada da eyni hesab qeydə alınıb. Belə ki, 3-0 hesabı ilə qalib gələn “Abşeron” növbəti 3 xalı aktivinə yazdırıb.  

Bu oyunlardan sonra turnir cədvəlində ciddi dəyişiklik olmayıb.  

17 xala malik “Azərreyl” liderliyini davam etdirir. Liderdən 2 xal az toplayan “Abşeron” 2-ci yerdədir. 10 xala malik “Murov” 3-cü, hələ də aktivində xal olmayan UNEC sonuncudur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO