“Qarabağ” 2023-cü ilin ilk çətin sınağına çıxır. Ağdam təmsilçisi Konfrans Liqasının play-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq. Sözün düzü, bu püşkü Qurban Qurbanovun komandası üçün məqbul adlandıranlar çox idi. Bu hələ “Qarabağ”ın ötən ilin sonlarındakı vəziyyətinə görə söylənilən proqnozlar idi.
İndi isə yeni çempion Avroliqadakı əla çıxışı ilə döyüşkən heyətini saxlayıb, bir qədər də güclənməklə, nəinki “Gent”i, hətta daha güclü komandaları keçə bilər deyənlər çoxdur.
Bəs görəsən komandanın "Gent"i keçmək şansı necədir?
Komandanın düşərgəsindəki son vəziyyət barədə videomaterialı təqdim edirik:
Rəşad Rafiqoğlu, Bizim.Media