Qılıncoynadanlarımız Dünya Kubokunda gümüş medal qazandı - FOTO

Qılıncoynadanlarımız Dünya Kubokunda gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Qılıncoynadanlarımız Dünya Kubokunda gümüş medal qazandı - FOTO

120022

Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən sablya üzrə Dünya Kubokunun mərhələ yarışında qadın komandalar arasında mükafatçılar müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Kanada yığmasına 45:38 hesabı ilə qalib gələrək ən güclü 8-liyə yüksəlib.

1/4 finalda komandamız turnirin reytinq favoriti Fransa millisini 45:44 hesabı ilə mübarizədən kənarlaşdırıb.

Yarımfinalda Macarıstan seçmə kollektivini 45:37 hesabı ilə məğlub edən qadın sablyaçılarımız finalda Bolqarıstan millisinə 40:45 hesabı ilə uduzaraq Dünya Kubokunun gümüş medalını qazanıb.
Daha öncə Dünya Kubokunda qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Zərifə Hüseynova və Səbinə Kərimova əsas mərhələnin ilk görüşündə uduzaraq mübarizəni dayandırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO