Stolüstü tennisçimiz Avstriyaya yollanıb

Stolüstü tennisçimiz Avstriyaya yollanıb

Hazırda oxunan: Stolüstü tennisçimiz Avstriyaya yollanıb

119851

İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılacaq. O, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin müşaiyəti ilə bu dəfə Avstriyanın Lints şəhərinə yollanıb. 

Bizim.Media xəbər verir ki, Quluzadə fevralın 11-dən 19-dək sözügedən ölkənin U-13 seçmə komandası ilə birgə məşq edəcək.

Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən biri sayılan Liu Yan Jun tərəfindən aparılır.
Səfərin məqsədi uğurlu gələcək vəd edən idmançının ustalıq səviyyəsinin artırılmasıdır. 

Qeyd edək ki, qitənin ən istedadlı idmançılarından sayılan Onur Quluzadə müntəzəm olaraq, Avropa Stolüstü Tennis Birliyinin və  Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışlarına da dəvət alır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO