“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” zəlzələ qurbanları üçün BİRLƏŞDİ - FOTO

“Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” zəlzələ qurbanları üçün BİRLƏŞDİ - FOTO

Hazırda oxunan: “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” zəlzələ qurbanları üçün BİRLƏŞDİ - FOTO

119803

Türkiyənin “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” klubları “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələnin ziyan vurduğu bölgəyə kömək etmək üçün birləşib.

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, mövzu ilə bağlı üç klub birgə bəyanat verib.

“Böyük üçlük” adlandırılan klublar, bu çətin günlərdə ehtiyac duyulan birlik və həmrəyliyin göstəricisi olaraq zəlzələ bölgəsinə loqolarının birlikdə yer aldığı 3 yardım maşını göndərib.

“Fevralın 6-da Kahramanmaraşda baş verən və bütün ölkəmizi təsir altına alan zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyir, millətimizə başsağlığı veririk. Fəlakətin ilk günündən zərər çəkən vətəndaşlarımızın yanında olmağa çalışdıq.

Ehtiyac duyulan hər an üzərimizə düşəni etməyə, onların yanında olmağa dava edəcəyik. Bu çətin günlərdə hamımızın birlik və bərabərlik içində yaralarımızı sarmağa və bir-birimizi qucaqlamağa ehtiyacı var.
Bu gün bu birliyin göstəricisi olaraq klublarımızın loqolarının birlikdə yer aldığı 3 yardım maşınını fəlakət bölgəsinə yola saldıq.

Ümid edirik ki, klublarımızın birlik və bərabərlik içində vətəndaşlarımızın yanında və ölkəmizin əmrində olduğunu göstərən bu səfər zəlzələ bölgəsindəki vətəndaşlarımıza şəfa gətirəcək, türk futbolu üçün birlik və bərabərlik mərhələsi olacaq”, - deyə bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO