PSJ və Argentina millisinin futbolçusu Lionel Messi də Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə biganə qalmayıb.
Bizim.Media xəbər verir ki, 35 yaşlı hücumçunun PSJ-nin heyətində oyunda geyindiyi və imzaladığı forma hərracda satılacaq və əldə olunan gəlir Türkiyəyə göndəriləcək.
Bu haqda məlumatı Türkiyə millisinin üzvü Merih Demiral məlumat yayıb. O, bildirib ki, türkiyə əsilli futbolçu Hakan Çalhanoğlu və italiyalı qapıçı Canluici Donnarumma Messi ilə əlaqə saxlayıblar, vəziyyəti ona başa salıblar. Nəticədə Messi Türkiyəyə belə bir yardım etmək qərarına gəlib.
Daha əvvəl Merih Demiral vasitəsi ilə Paulo Dibala, Kriştiano Ronaldo və Leonardo Bonuccinin formaları hərracda satılmışdı. Bundan əldə olunan 5 milyon Türkiyə lirəsi qardaş ölkəyə göndərilib.
Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib.
Son məlumatlara əsasən, fəlakət nəticəsində 19 min nəfərə yaxın insan ölüb, 76 min nəfərə yaxın insan isə yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:02 / 11.02.2023
Merih Messinin Türkiyəyə yardım etdiyini AÇIQLADI
Hazırda oxunan: Merih Messinin Türkiyəyə yardım etdiyini AÇIQLADI
Hazırda oxunan: Merih Messinin Türkiyəyə yardım etdiyini AÇIQLADI
119770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.