Boksçumuz Macarıstanda bürünc medal qazandı

Boksçumuz Macarıstanda bürünc medal qazandı

Hazırda oxunan: Boksçumuz Macarıstanda bürünc medal qazandı

119708

Azərbaycan boksçusu Tural Sarıyev Macarıstanın Debretsen şəhərində beynəlxalq turnirdə yarımfinal döyüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan yığma üzvü finala gedən yolda Temirats Jusspovla (Qazaxıstan) qarşılaşıb.

Döyüş rəqibin qələbəsi ilə başa çatıb. Sarıyev yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnir sabah başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO