“Araz Naxçıvan”dan darmadağın

“Araz Naxçıvan”dan darmadağın

Hazırda oxunan: “Araz Naxçıvan”dan darmadağın

119538

Bu gün futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, ilk oyundan əvvəl fevralın 6-da qardaş Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  

Tura lider “Araz Naxçıvan”la “4-lüy”ə iddialı “Record”un dueli ilə start verilib. Lider bu oyunda növbəti qələbəsini rəsmiləşdirib. 

İkinci oyun daha məhsuldar alınıb. “Neftçi” autsayder “Alyans”ın qapısına 18 dəfə yol tapıb.

Turun son matçı da meydan sahibləri üçün məhsuldar alınıb. Böyükhesablı qələbə qazanan “Baku Fire” ikinci pillədəki yerini möhkəmləndirib.  

Yüksək Liqa XII tur 9 fevral Record – Araz Naxcıvan 0:12 

Qollar: Ramiz Çovdarov, 3:19; 34:23; 36:30. Nata Felipe de Moraes, 8:00; 26:16; 27:13. Xətai Bağırov, 11:30. İsa Atayev, 13:06. Xəzər Ağalızadə, 19:13. Felipinyo, 22:07. Amadeu, 26:58, 37:33.  

Hakimlər: Mahir Məmmədov, Kənan Məlikov, Məmmədəli Kərimov.  

Hakim-inspektor: Ramiz Əsədov. “Olimpik Star”.  

Saat 14:00.  

Neftçi İK – Alyans 18:1  

Qollar: Ali Mikaeli, 2:26; 9:03. Nurlan Mehdizadə, 5:45; 5:59; 10:50; 20:07. Rüfət Balakişiyev, 7:47. Mirzə Əmirov, 9:41; 21:33; 33:02; 36:06. Behzad Hassanzadeh, 16:25; 24:57. Hasan Ali Jafari, 24:18; 36:44. Ülvi Əliyev, 27:21; 27:58. Fərid Atakişiyev, 36:23 – Mohammadhossein Heydarpoor, 30:08.  

Hakimlər: Hacıəli Ağayev, Nahid Xasıyev, Ramil Namazov.  

Hakim-inspektor: Azad Hüseynov.  

“Olimpik Star”.  

Saat 16:00.  

Baku Fire – U-19 13:1  

Qollar: Henrique, 1:28. Soruş Heydari, 2:29; 17:49; 38:27. Tofiq Əliyev, 6:32; 7:06; 18:59. Oruc Baxşəlizadə, 10:41. Kənan Manafov, 15:13; 22:56. Murad Quluzadə, 16:00. Leonardo, 19:09; 32:03 – Kərim Babayev, 39:53.  

Hakimlər: Anar Fərəcov, Xəlil Xəlilov, Hidayət Feyzullayev.  

Hakim-inspektor: Mehman Mahmudov. “Olimpik Star”.  

Saat 18:00.  

Xal: Araz Naxçıvan – 34. Baku Fire – 28. Neftçi İK – 23. Record – 15. U-19 – 3. Alyans –3. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO