Basketbol Liqasında 17-ci tura start verildi - FOTO 

Basketbol Liqasında 17-ci tura start verildi - FOTO 

Hazırda oxunan: Basketbol Liqasında 17-ci tura start verildi - FOTO 

119304

8 fevral tarixində "Sərhədçi" İdman Mərkəzində, "NTD BK" və "Zirvə Astara BK" basketbolçuları arasında 17-ci turun açılış oyunu baş tutdu.  

Bizim.Media xəbər verir ki, qarşılaşmadan əvvəl arenada, Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş insanların xatirəsi hörmət əlaməti olaraq bir dəqiqəlik sükut ilə yad edildi.  

Oyuna üstün başlayan "NTD BK" basketbolçuları yekunda parketdən 92-79 hesablı qələbə ilə ayrıldılar.

Ən məhsuldar basketbolçular: "NTD BK" ( Londel Kinq - 36 xal, 11 ribaund ), "Zirve Astara BK" ( Ruşard Kruikşenk - 23 xal, 2 asist ) Qeyd edək ki, 17-ci turun digər görüşləri ( "Gəncə BK" - "AAAF Xırdalan BK", "Olimpik Şəki BK" - "Sərhədçi PİK", "Sabah BK" - "Neftçi İK" ) 11, 12 və 13 fevral tarixlərində keçiriləcək. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO