Voleybol Federasiyası Türkiyədəki voleybolçularımızla daim əlaqə saxlayır

Voleybol Federasiyası Türkiyədəki voleybolçularımızla daim əlaqə saxlayır

Hazırda oxunan: Voleybol Federasiyası Türkiyədəki voleybolçularımızla daim əlaqə saxlayır

119264

Azərbaycan Voleybol Federasiyası Türkiyədəki zəlzələdən sonra daim orada oynayan voleybolçularımızla əlaqə saxlayır. 

Bu bərədə Bizim.Media-ya federasiyanın mətbuat katibi Şəfəq Hüseynova məlumat verib. 

Onun sözlərinə görə, həm rəhbərlik, həm də ayrı-ayrı əməkdaşlar zəlzələ zonasına yardımlar göndərir:

“Zəlzələdən dərhal sonra Türkiyədə oynayan oyunçularımızla əlaqə saxlamışıq. Şükür Allaha, onların vəziyyəti yaxşıdır. Federasiya rəhbərliyi zəlzələ baş verən əraziyə yardım göndərmək üçün bütün işlərini görüb. Bundan başqa əməkdaşlarımız da yardım kampaniyasında fəal iştirak edir. Bu ağır günlərdə qardaş ölkəyə kömək etmək hər birimizin mənəvi borcudur”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO