"Bavariya" Noyerlə müqaviləni ləğv edəcək? 

Hazırda oxunan: "Bavariya" Noyerlə müqaviləni ləğv edəcək? 

119053

"Bavariya"nın prezidenti Herbert Hayner komandanın qapıçısı Manuel Noyerlə görüşəcək. 

Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki, o, qolkiperlə rezonans doğuran müsahibəni müzakirə edəcək.

Həmin müsahibədə futbolçu Münhen rəhbərliyini qapıçılar üzrə məşqçi Toni Tapaloviçi işdən çıxardığına görə tənqid edib. Görüş bu məsələnin həllinə yönələcək. 

Bəzi məlumatlarda "Bavariya"nın həmin tənqidlər səbbindən Noyerlə müqaviləni ləğv edəcəyi də yazılıb. Hayner isə mövzu ilə bağlı açıqlamasında deyib:

“Noyerin ictimaiyyətə birbaşa müraciət etməsinin səbəbi bizim üçün tamamilə anlaşılmazdır. Bunu peşəkarlara uyğun olaraq sakitcə həll edəcəyik. Müqavilənin ləğvindən söhbət gedə bilməz. O, bizim oyunçumuzdur". 
Daha əvvəl bildirilmişdi ki, müsahibədən sonra Noyerlə "Bavariya"nın baş məşqçisi Julian Naqelsmann arasında münasibətlər pisləşib. Klubun bəzi futbolçuları qapıçının açıqlamasından sonra ona dəstək olsalar da, bu, məşq prosesinə təsir etməyib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO