Teymur Rəcəbovun Çempionlar Turunda alacağı məbləq açıqlandı

Teymur Rəcəbovun Çempionlar Turunda alacağı məbləq açıqlandı

Hazırda oxunan: Teymur Rəcəbovun Çempionlar Turunda alacağı məbləq açıqlandı

11871

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsindəki qazancı bəlli olub.

Bizim.Media 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyən 34 yaşlı qrossmeyster 8 500 ABŞ dolları qazanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Teymur Rəcəbov üçüncü yeri tutdu


"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Yarışın qalibi ABŞ təmsilçisi Uesli So 30 000 dollar əldə edib.

İkinci yeri tutan norveçli Maqnus Karlsen isə öz turnirindən 15 min dollar götürüb.

Teymur Rəcəbov Çempionlar Turunun "Airthings Masters" adlı II mərhələsinin qalibi kimi 60 000 dollar, "Skilling Open" adlı I mərhələsində 6-cı yeri tutduğu üçün isə 5 000 dollar qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO