“Neftçi”dən “Sumqayıt”a 2 qol 

“Neftçi”dən “Sumqayıt”a 2 qol 

Hazırda oxunan: “Neftçi”dən “Sumqayıt”a 2 qol 

118595

Misli Premyer Liqasında XXI turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub. Günün sonuncu matçı “Neftçi” ilə “Sumqayıt” arasında keçirilib.

Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar: 2-0.

Xatırladaq ki, ilk oyun günündə “Kəpəz” və “Qarabağ” heç-heçəyə razılaşmışdı – 1:1. Bu gün isə “Zirə” ilə “Qəbələ”nin oyununda məhsuldar heç-heçə qeydə alınıb – 2:2. Tura sabah keçiriləcək “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” oyunları ilə yekun vurulacaq.

Misli Premyer Liqası

XXI tur

5 fevral

“Neftçi” – “Sumqayıt” 2:0

Qol: S.Kvirkveliya, 54. M.Saldanya, 64.

Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov.
Bakı. “Bakcell Arena”, 18:30.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO