“Qarabağ” Gəncədə xal itirdi

“Qarabağ” Gəncədə xal itirdi

Hazırda oxunan: “Qarabağ” Gəncədə xal itirdi

118473

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. 

Bizim.Media xəbər verir ki, günün yeganə oyununda "Kəpəz" "Qarabağ"ı qəbul edib.  

Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı açıb. 49-cu dəqiqədə meydan sahiblərindən Ahmed Ayzaya bərabərlik qolunun müəllifi olub.  

Xallarının sayını 57-yə çatdıran “Qarabağ” çempionatda liderliyini davam etdirir. 14 xala malik Gəncə klubu isə sonuncu pilləni tərk edərək 9-cu pilləyə yüksəlib.

Qeyd edək ki, turun "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları fevralın 5-də, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçları isə fevralın 6-da keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO