Karateçilərimiz Avropa çempionatında iştirak edəcək

Karateçilərimiz Avropa çempionatında iştirak edəcək

Hazırda oxunan: Karateçilərimiz Avropa çempionatında iştirak edəcək

118255

Yeniyetmə və gənclərdən ibarət milli komandamız 3-5 Fevral tarixlərində Kiprin Larnaka şəhərində Avropa çempionatına yollanıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyevin rəhbərlik etdiyi heyətdə 4 məşqçi, 3 hakim və 29 idmançı və rəsmilər yer alıb.

Kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, eləcə də böyük məşqçilər Seymur Xudaverdiyev və Şahin Atamov 14-15 yaşlı yeniyetmələrdə 8 karateçinin, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək gənclərdə isə 8 idmançının çıxışına üstünlük verib. 

Kumite yarışlarında 14-15 yaşlı yeniyetmələrdən İsmayıl Xamoyev (-52 kq), Ələddin Məlikov (-57 kq), Ömər Səlimov (-63 kq), Cahangir Qayıbov (-70 kq), Əzim Rahib (70+ kq), Fatima Məmmədova (-47 kq), Gülay Orucova (-54 kq) və Mədinə Baratzadə (-61 kq), 16-17 yaşlı gənclərdən Fərid Savadov (-55 kq), Salman Əlirzayev (-61 kq), Rəşid Süleymanov (-68 kq), Məhəmməd Xamoyev (-76 kq), Vahid Həsənov (76+ kq), Fatimə Cəbrayılova (-48 kq), İlahə Məmmədova (-52 kq), Aysu Əliyeva (-50 kq) və Nəzrin Piriyeva (-66 kq),  21 yaşadək gənclərdə isə Əminağa Quliyeva (-60 kq), Hüseyn Məmmədli (-67 kq), Fərid Ağayev (-75 kq), Hüseyn Hüseynzadə (-84 kq), Osman Osmanlı (84+ kq), Xumar Əlibəyova (-50 kq), Günay Ramazanova (-55 kq) və Ayla Rzazadə (-61 kq) medallar uğrunda mübarizə aparacaq.

Kata üzrə milli komandanın böyük məşqçisi İsmayıl quliyev 4 idmançını, o cümlədən 14-15 yaşlı yeniyetmələrdə Salman Salmanov və Ramilə Heydərovanı, həmçinin 21 yaşadək gənclərdə Həsənəli Həsənov və Zəhra Qurbanzadəni müşayiət edəcək. 
Beynəlxalq hakimlərdən Cahangir Babayev, Şahin Xudaverdiyev və Seymur Məmmədov yarışın referiləri arasında olacaq. Larnakada Yeniyetmə və gənclərin Avropa çempionatında 48 ölkədən 1114 karateçi iştirak edəcək.

Rəşad RafiqoğlU, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO