Basketbol Liqasında 15-ci tur yekunlaşdı - FOTO 

Basketbol Liqasında 15-ci tur yekunlaşdı - FOTO 

Hazırda oxunan: Basketbol Liqasında 15-ci tur yekunlaşdı - FOTO 

117202

Yanvarın 28-də Sərhədçi İdman Mərkəzində, "AAAF Xırdalan BK və "Neftçi İK" komandaları arasında turun bağlanış oyunu baş tutub.

Bizim.Media xəbər verir ki, əlavə vaxta gedən oyunun sonunda "AAAF Xırdalan BK" basketbolçuları rəqibi üzərində 104-102 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Devin Pullum - 35 xal, 5 asist ), "Neftçi İK" (Davit Lomidze - 24 xal, 4 ribaund ).

Qeyd edək ki, "Gəncə BK" - "Olimpik Şəki BK" komandaları arasındakı oyun texniki və təşkilati məsələlərə görə qeyri-müəyyən vaxta təxirə salınıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO