Yüksək liqada növbəti oyunların vaxtı məlum oldu

Yüksək liqada növbəti oyunların vaxtı məlum oldu

Hazırda oxunan: Yüksək liqada növbəti oyunların vaxtı məlum oldu

117184

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

Qadın voleybolçuların Yüksək Liqasında II dövrəyə yanvarın 30-da start veriləcək. Həmin gün IV tur çərçivəsində “Murov” - “Azərreyl” və UNEC - “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00-da və 18:00-da start götürəcək. 

Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 16:00-da başlanacaq.  

Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO