Rüstəm Orucov Portuqaliya Qran Pri turnirində iştirak etməyəcək

Rüstəm Orucov Portuqaliya Qran Pri turnirində iştirak etməyəcək

Hazırda oxunan: Rüstəm Orucov Portuqaliya Qran Pri turnirində iştirak etməyəcək

117143

Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirinin ikinci günündə 81 kq çəki dərəcəsində çıxış etməli olan cüdoçu Rüstəm Orucov xəstələndiyinə və yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olduğuna görə, milli yığmanın həkiminin qərarına əsasən, yarışda iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, Rüstəm Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Rüstəm Orucova bütün cüdo ailəsi adından şəfa diləyir, digər idmançılarımıza Portuqaliya Qran-Pri turnirində uğurlar arzulayırıq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO