Aquero İbrahimoviçin cavabını verdi

Aquero İbrahimoviçin cavabını verdi

Hazırda oxunan: Aquero İbrahimoviçin cavabını verdi

116881

Argentina millisinin sabiq üzvü Serxio Aquero "Milan"ın futbolçusu Zlatan İbrahimoviçin bu gün mətbuatda dərc olunan fikirlərinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, İbrahimoviç DÇ-2022 haqda danışarkən bildirib ki, Argentina millisinin lideri Lionel Messi xatırlanacaq, yığmanın digər üzvləri isə hörmət ediləsi oyunçular deyil. 

Aquero isə öz Tvitter səhifəsində isveçli forvarda cavab verib:

"Düşünmürəm ki, haqlısan. Bir daha qalib gəlməyəcəyimizi söyləmək çox kobudluqdur. Argentina üçün narahat olmaqdansa, son dünya çempionatında belə iştirak etməyən ölkəniz, futbolçularınız haqda düşünə bilərsən. 

Messi dünya çempionu oldu. Bəlkə əsəbiləşirsən, bəlkə də Messinin dünyanın ən yaxşı oyunçusu olduğunu etiraf etmək səni incidir.  

Fikrimcə, mənə də daş atdın. Çünki mən orada idim və özümü qələbənin bir parçası kimi hiss edirəm. Biz dünya çempionuyuq, Zlatan, sən isə özünü öldürmək istəyirsən. Səhv davranan dediyin oyunçular kuboku qaldırdılar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO